AZ

BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi

Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən Ceyhun Şirinov, Müslüm Fəziyev və onun qızı Tülpanə Müslümzadənin barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
 

İttihama görə, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib. Onlar Bank Olmayan Kredit Təşkilatı (BOKT) "FinEx Kredit"in pulunu mənimsəyib.
 

Xatırlatma: M.Fəziyev daha əvvəl BOKT-un İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olub.

 

Kamal Məmmədov

 

Tarix: 3 May 2024, 09:10   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla