AZ

Mojin: “Dolların çökəcəyi təqdirdə alternativ valyuta təklif edilə bilər

“Dolların və beynəlxalq valyuta sisteminin çökməsi vəziyyətində BRİKS alternativ valyuta təklif edə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiya üzrə icraçı direktoru Aleksey Mojin bildirib.

Onun sözlərinə görə, BRİKS-ə üzv ölkələr Çin yuanı, Hindistan rupisi, Rusiya rublu, Braziliya realı və Cənubi Afrika randı daxil olmaqla, assosiasiyaya üzv olan beş ölkənin valyuta səbəti üzərində qurulacaq mühasibat vahidi yarada bilərlər.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin siyasi problemlərin həlli üçün dollardan silah kimi istifadə etməyə başladığını bildirmişdi.

Aprelin sonunda Bloomberg mənbələrə istinadən xəbər verib ki, ölkələrin xarici ticarətdə ABŞ dollarından istifadə etməkdən imtina etməsinə qarşı mübarizə yolları ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri arasında müzakirə mövzusuna çevrilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla