AZ

Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Ali Radanın deputatı Valentin Nalıvayçenkonu barəsində Rusiya ordusuna qarşı zorakılıq çağırışları maddəsi üzrə cinayət işi açıb. O, Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısına daxil edilib. News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İstintaq Komitəsi əvvəllər Nalivayçenkoya qarşı cinayət məcəlləsinin digər bəndləri üzrə də cinayət işi açmışdı.

İstintaq müəyyən edib ki, Nalivayçenko Ukrayna telekanallarından birinin efirində müharibəyə qatılan Rusiya hərbçilərinə qarşı ciddi təhdidlər səsləndirib. Bu bəyanatlarda Rusiya hərbçilərinə qarşı düşmənçiliyin qızışdırılması əlamətləri var və federasiyasının maraqlarına qarşı yönəlib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla