AZ

Azərbaycanın dəmir-beton şirkəti ötən ili - ZƏRƏRLƏ BAŞA VURUB - HESABAT

"Bakı Dəmir-Beton 8" "ASC-nin maliyyə vəziyyəti məlum olub.

FED.az xəbər verir ki, şirkət ötən ili 160,9 min manat zərərlə başa vurub. Bu dövrdə mənfəət vergisi ödəməyib.

ASC hesabat dövründə 394,8 min manat gəlir əldə edib. Bunun da 364,8 min manatı malların təqdim edilməsindən (görqülən işlər və göstərilən xidmətlər), 30 min manatı isə icarə gəlirlərindən ibarətdir.

Ümumi xərcləri isə 555,7 min manat olub ki, bunun da 230,6 min manatı əmək haqqı, 117,7 min manatı elektrik enerjisi, 106 min manatı xammal və material, xərcləri olub. 

Bundan əlavə sosial sığorta haqları 43,4 min manat, 5,5 min manat qaz. 2,6 min manat yanacaq, 35,1 min manat su və kanalizasiya, 2,1 min manat rabitə, 3 min manat bank xidməti, 760 manat sosial sığorta xərcləri 8,9 min manatı isə digər xərclər olub.

image

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla