AZ

İcra orqanları ilə iş şöbəsinin hüquqşünası - VAKANSİYA

"Kapital Bank" "İcra orqanları ilə iş şöbəsinin hüquqşünası" vakansiyası elan edir.

Fins.az xəbər verir ki, Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Rol haqqında:

Kapital Bankın kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün bankı müvafiq orqanlarda təmsil edəcək,detallara qarşı diqqətli,ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
  • Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Öhdəliklər:

  • Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək;
  • İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil etmək;
  • Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir.
  • İcra orqanlarından banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələb olunan bacarıq və təcrübə:

  • Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur.
  • Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
  • Digər səriştələr: Detallara qarşı diqqətli,ünsiyyət qabiliyyəti yüksək və təmkinli olma bacarığı.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları:

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

Müraciət üçün linkə keçid edin!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla