AZ

Baş məşqçi istefa verdi - Cənubi Azərbaycan klubundan

İranla İsrail arasında münaqişənin genişlənməsi və Təl-Əvivin İrana gözlənilən hücumu ilə eyni vaxtda "Traktor"un ispaniyalı baş məşqçisi Pako Xemez istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Təbriz klubunun baş direktoru Huşəng Nəsirzadə “Həm Mihən” qəzetinə müsahibəsində deyib.

İran mediası baş məşqçinin istefa səbəbini “Traktor”unİsfahan təmsilçisi qarşısında 1-4 hesablı məğlubiyyəti ilə əlaqələndirməyə çalışıb.

H.Nəsirzadə bunu təkzib edərək, Pako Xemezin siyasi və təhlükəsizlik məsələlərinə görə istefa tələb etdiyini bildirib:

“Xemez siyasi səbəblərə görə komandadan ayrılmaq qərarına gəlib. Ölkədə təhlükəsizlik problemi olmasa da, bəziləri bu barədə fərqli düşünür.

Braziliyanın İrandakı səfirliyi də "Traktor"da çıxış edən Qustav Vaqnindən İranı tərk etməsini istəyib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla