AZ

Ukraynadan buğda və qarğıdalı ixracı il ərzində təxminən 20% azala bilər

2024-2025-ci illər mövsümündə Ukraynadan buğda və qarğıdalı ixracı təxminən 20% azala bilər.

Marja xəbər verir ki, bu proqnozu "Reuters" agentliyinə Ukraynanın kənd təsərrüfatı nazirinin müavini Taras Vısotski verib.

"Buğda ixracı 2023/24-cü illərdəki 18 milyondan 2024/25-də 14 milyon tona, qarğıdalı ixracı 27 milyon tondan 20-21 milyon tona düşə bilər, arpa tədarükünün isə 3 milyon ton səviyyəsində sabit qalacağı gözlənilir",- o deyib.

Vısotski bildirib ki, proqnoza əsasən, Ukraynada taxıl yığımı əsasən əkin sahələrinin azalması hesabına 2023-cü ildəki 58 milyon tondan 2024-cü ildə təxminən 52 milyon tona qədər azalacaq. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ildə Ukrayna 27 milyon ton qarğıdalı, 19 milyon ton buğda və 5 milyon ton arpa yığacaq.

2023-cü ildə Ukraynada taxıl məhsulu təxminən 60 milyon ton, o cümlədən 22,2 milyon ton buğda, 30,5 milyon ton qarğıdalı və 5,7 milyon ton arpa təşkil edib. Ukrayna Taxıl Tacirləri İttifaqının mart ayında verdiyi məlumata görə, bu mövsüm taxıl və yağlı bitkilərin ümumi yığımı ötən ilə müqayisədə 82,6 milyon tondan 76,1 milyon tona qədər azalacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
2
Mənbələr
Şərh ()
Bağla