AZ

Karlo Ançelottini "Real"da o əvəzləyə bilər

Madridin "Real" klubunun yeniyetmələrdən ibarək komandasının baş məşqçisi Alvaro Arbeloa əsas klubun çalışdırıcısı Karlo Ançelottini əvəzləyə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə baş məşqçinin agenti Oskar Ribo məlumat verib.

"Alvaro Arbeloa "Real"ın əsas məşqçisi olmaq istəyir. O, bunun üçün aktiv şəkildə çalışır. Mən əminəm ki, bir gün o, Ançelottini əvəzləyərək texniki zonada öz yerini alacaq", - deyə Ribo bildirib.

Qeyd edək ki, "Real"ın hazırkı baş mışqçisi Karlo Ançelottinin klubla müqaviləsi 2026-cı ilin iyunun 30-da bitir. Bunadək italiyalı mütəxəssisi "Bayer" Leverkuzenin indiki baş məşqçisi Xabi Alonsonun əvəzləyəcəyi deyilirdi. Xabi Alonso Münhen "Bayern"i və "Liverpul"un təkliflərinə "yox" cavabı verib. Digər namizədlərdən biri də "Real"ın başqa bir əfsanəsi və hazırda madridlilərin ikinci komandasını çalışdıran Raul Qonsalesdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla