AZ

"Gücüm çatmadı, bu səbəbdən birinci ola bilmədim"

"Bu yarışa çox yaxşı hazırlaşmışıq".

Sportinfo.az xəbər verir ki, bunu “Prezident Kuboku 2024” beynəlxalq reqatasında gümüş medal qazanan Azərbaycan təmsilçisi Nurlan Paşayev deyib.

Akademik avarçəkmə növündə 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində ikinci olan atlet turnirlə bağlı düşüncələrinin müsbət olduğunu bildirib:

"Rekord sayda ölkənin iştirak etdiyi reqatada ikinci yeri tutmaq qürurvericidir. Sonlara yaxın tempi artırmalı idim, lakin gücüm çatmadı.

Bu səbəbdən birinci ola bilmədim. Ötən ildə bu yarışda iştirak edib üçüncü yerə layiq görülmüşdüm. Məşqçilərim sayəsində indi nəticəmi yüksəltim".

Turnir mayın 3-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla