AZ

Qarabağdan çıxıb, Zəngəzura girdilər… – "Yerləri dəqiq bilinmir"

Qarabağdan çıxıb, Zəngəzura girdilər… – "Yerləri dəqiq bilinmir"

Ötən ay Qarabağı tərk edən Rusiya sülhməramlıları Ermənistana yerləşdirildi. Rəsmi İrəvan sülhməramlı karvanının Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollandığını açıqladı. Ermənistan rəsmiləri sülhməramlıların ölkəni tərk edəcəyini bildirsələr də, hələ ki bu istiqamətdə hər hansı addım atılmayıb.

Ermənistan-Rusiya münasibətlərinin gərgin olduğunu nəzərə alsaq, sülhməramlılar Zəngəzurda qalmağa davam edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, aprelin 17-də Azərbaycanı tərk etməyə başlayan Rusiya sülhməramlılarının bir hissəsi vaqonlara minərək Rusiyaya, digər hissəsi isə öncədən razılaşdırıldığı kimi Ermənistana getdilər:

"Ermənistanda Rusiyanın həm sərhəd qoşunları, həm də 102-ci hərbi bazası var. Ona görə də sülhməramlıların harada olması ilə bağlı dəqiq məlumat yoxdur".

Politoloq xatırladıb ki, Rusiya və Ermənistan arasında münasibətlər gərgindir. Hətta bir ildən çoxdur ki, rəsmi İrəvan KTMT tədbirlərində iştirakını dondurub:

"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib. May ayının 8-də isə Avrasiya İqtisadi Birliyinin iclasında iştirak edəcəyi ilə bağlı məlumatlar var. Bundan sonra Ermənistan-Rusiya münasibətlərinin hansı mərhələyə keçəcəyinin şahidi olacağıq".

E.Həsənovun fikrincə, Rusiyanın sülhməramlılardan, hərbçilərdən başqa, əlində Ermənistana qarşı iqtisadi, siyasi rıçaqlar da var:

"Sərhədlərin delimitasiya və demarkasiyası prosesi başladıqdan sonra Ermənistanda revanşist qüvvələr aksiya keçirirlər. Lakin bunun Nikol Paşinyanın devrilməsi ilə nəticələnəcəyini düşünmürəm. Mayın 8-də Ermənistan Rusiyanın şərtlərinə razılıq verərsə, rəsmi Moskva İrəvana qarşı heç bir addım atmayacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla