AZ

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda görüş keçirilib

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən ekoloji maarifləndirmə və təşviqat xarakterli tədbirlər davam edir. 

Ekologiya.az bildirir ki, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Xidmətin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri dosent Fuad Hümbətov “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda iştirakçılara bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və onun əhəmiyyəti barədə məlumat verilib.
Diqqətə çatdırıb ki, COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla