AZ

“Boeing” təyyarələrində qüsurları açıqlayan daha bir şəxs müəmmalı şəraitdə ölüb

ABŞ-da “Boeing” təyyarələrindəki qüsurlar barədə məlumat verən daha bir şəxs müəmmalı şəraitdə dünyasını dəyişib.

Coşua Din Boeing tədarükçüsü “Spirit AeroSystems” şirkətinin səhmdarlarına qarşı məhkəmə iddiasında ifadə verib. 2022-ci ildə o, Boeing 737 MAX-ın istehsalında kobud pozuntular aşkar edib. Rəhbərlik problemlərə məhəl qoymadı və Din özü işdən çıxarılıb. Mütəxəssis işdən çıxarılmasını qisas adlandırıb və ABŞ Federal Aviasiya İdarəsinə şikayət edib.

Dostların dediyinə görə, Dinin 45 yaşı var idi. O, olduqca sağlam həyat tərzi keçirirdi. İki həftə əvvəl Din tənəffüs problemi şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onda infeksiya aşkar etdilər, lakin onu xilas edə bilməyiblər. Din iki həftə ərzində vəfat edib.

Boeing istehsalında problemlərlə bağlı daha bir məlumat verən şəxs mart ayında ölüb. 62 yaşlı Con Barnettin cəsədi otelin dayanacağında avtomobildə tapılıb. Çarlston dairəsi polisinin məlumatına görə, Barnett özünü güllələyib. Cəsədin aşkar edildiyi gün Barnett Boeing-ə qarşı ifadə verməli idi.

Barnettin tanışları onun intihar edə biləcəyi ilə bağlı fikirləri rədd edirlər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla