AZ

Kaliforniya Universitetində tələbələrə qarş zorakılıq davam edir

ABŞ-ın Kaliforniya Universitetində tələbələrə qarş zorakılıq davam edir, polislər onları rezin dubinkalarla vəhşicəsinə döyür və qeyri-insani üsullarla işgəncələr verirlər.

Kaliforniya Universitetində Fələstini dəstəkləyən tələbələrə qarşı polislərin keçirdiyi əməliyyat nəticəsndə 200-dən artıq tələbə həbs edilib. ABŞ telekanallarının yaydığı görüntülərdə polislərin tələbələrlə qeyri-insani rəftarı dəhşət doğurur. Buna baxmayaraq hələlik tələbələrin etiraz aksıyalarını dağıtmaq mümkün olmayıb.

Öz növbəsində Kaliforniya Universitetinin rektoru Gen Blok mətbuata açıqlamasında deyib ki, UCLA kampusunun polislər tərəfindən dağıdılması zamanı 200 nəfər tələbə həbs edilib. Onun sözlərinə görə, aksiyaların dayandırılması ilə bağlı polislə tələbə liderləri arasındakı danışıqlar uğurla nəticələnməyib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla