AZ

Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...

"Rusiya təhlükəsizlik qüvvələri Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanuna etiraz edən “terrorçuların başını əzməkdə” asanlıqla kömək edə bilər..."
 
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, hazırda politoloq və canlı yayımlanan “Solovyov” kanalının aparıcısı kimi çıxış edən Sergey Karnauxov Gürcüstan hökumətinin “Rusiyadan hərbi yardıma” ehtiyacı ola biləcəyini istisna etməyib. O, əmindir ki, Tbilisidəki mitinqləri ABŞ-nin dəstəyi ilə gürcü "satqın"ları təşkil edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Exo Kavkaza" nəşri məlumat yayıb.
 
“Onların əsas məqsədi Saakaşvilini  həbsdən çıxarmaq, 152-ci gürcü Maydanını yaratmaq, dağıdıcı qüvvələri artırmaq, Osetiya və Abxaziyaya qarşı hərbi təcavüzə başlamaqdır. Onlara bu lazımdır, çünki bunsuz bizim qüvvələrimizi Ukraynadakı hərbi əməliyyatlar teatrından uzaqlaşdırmaq çox çətindir”, - deyə Karnauxov bildirib.
 
Onun sözlərinə görə, Rusiya təhlükəsizlik qüvvələri Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanuna etiraz edən “terrorçuların başını əzməkdə” asanlıqla kömək edə bilər.
 
Karnauxov “Gürcü arzusu” hökumətini tənqid edən Gürcüstan prezidenti Salome Zurabişvilinin istefaya göndərilməsini təklif edib.
 
“Əlbəttə, Zurabişvilini aradan götürməliyik. O orada nəyə lazımdır? Gürcüstandakı amerikapərəst qüvvələrdən xilas olmalıyıq. Gürcüstanı tamamilə təmizləmək lazımdır”, - deyə  Karnauxov çərənləyib.
 
Xatırladaq ki, Gürcüstanda "xarici agentlər” haqqında bədnam qanuna qarşı etiraz aksiyaları davam edir. 
 
S.Laçın
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla