AZ

Rusiya Britaniya silahları ilə vurula bilər

Böyük Britaniyanın xarici işlər naziri və keçmiş baş nazir Devid Kemeron cümə axşamı Kiyevə səfər edib və Ukraynaya hər il üç milyard funt-sterlinq (3,74 milyard dollar) vəd edib. 

KONKRET.az xəbər verir ki, Kemeronun sözlərinə görə, Ukrayna Britaniyadan aldığı silahları Rusiya ərazisində istifadə etmək hüququna malikdir.

“Biz lazım olduğu qədər hər il üç milyard funt sterlinq verəcəyik. Biz sadəcə olaraq, avadanlıq və silah baxımından əlimizdən gələn hər şeyi çıxarmışıq”, – Kemeron bildirib. Britaniyadan alınan silahların Rusiya ərazisində istifadəsinə gəlincə, bu, ukraynalıların öz ixtiyarındadır.

“Ukraynanın bu hüququ var. Rusiya Ukrayna ərazisini hədəfə alır və Ukraynanın da özünü qoruması bu baxımdan başa düşüləndir”, – Kemeron bildirib.

Kemeron Kiyevdə prezident Vladimir Zelenski və Ukrayna rəhbərliyinin digər üzvləri ilə görüşüb və xüsusilə Britaniyadan 100 mobil zenit qrupu üçün dəqiq bombalar, zenit raketləri və avadanlıqlar da daxil olmaqla, yeni silah və sursat göndərildiyini açıqlayıb.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla