- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri baş tutub.
Oxu.Az xəbər verir ki, İtaliyanın paytaxtında yerli “Roma” ilə Leverkuzen “Bayer”i üz-üzə gəlib.
Xabi Alonsonun yetirmələri bu görüşdə də qələbə qazanaraq, XXI əsrdə Avropanın bütün turnirlərində məğlubiyyətsizlik seriyasına görə rekordlarını yeniləyiblər - 0:2.
Bununla da, “Bayer” məğlubiyyətsizlik seriyasını 47 oyuna çatdırıb.
“Marsel” - “Atalanta” görüşündə isə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir qol vurmaqla heç-heçəyə razılaşıblar - 1:1.
Qeyd edək ki, hər iki görüşün cavab qarşılaşmaları mayın 9-da keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.