- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, 1/8 finalda Azərbaycan təmsilçisi "Qarabağ"ı mübarizədən kənarlaşdıran (2:2, 3:2) "Bayer" İtaliyada "Roma"nın qonağı olub.
Bu mövsüm bütün turnirlər daxil olmaqla məğlub olmayan Leverkuzen təmsilçisi uğurlu seriyasını İtaliya paytaxtında da davam etdirib. 2:0 hesablı qələbə qazanan "Bayer" cari mövsümdəki məğlubiyyətsiz oyunlarının sayını 47-ə yüksəldib.
Yarımfinalın digər ilk görüşündə "Marsel" Fransada "Atalanta" ilə bərabərə qalıb - 1:1.
2 may
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
"Roma" (İtaliya) - "Bayer" (Almaniya) - 0:2
Qollar: Florian Virtz, 28, Robert Andrix, 73
"Marsel" (Fransa) - "Atalanta" (İtaliya) - 1:1
Qollar: Canluka Skamakka, 11 (0:1), Şansel Mbemba, 20 (1:1)
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.