İngiltərə Premyer Liqasında 26-cı turdan təxirə salınmış bir oyun keçirilib.
QOL.az xəbər verir ki, “Çelsi” doğma divarlar arasında “Tottenhem” qəbul edib. London derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Çelsi” - “Tottenhem” - 2:0
Qollar: Trevo Çaloba, 24, Nikolas Cekson, 72
İki oyunluq qələbə həsrətinə son qoyan “Çelsi” xallarının sayını 51-ə çatdırmaqla turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Ardıcıl üçüncü məğlubiyyətini alan “Tottenhem” isə 60 xalla beşinci pillədə qərarlaşıb.