AZ

Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatasının ikinci günündə yarışlar
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Komandalar 500, 1000 və 1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparıblar. 

Apasport.az xəbər verir ki, milli komandamız günü üç medalla başa vuraraq daha bir uğura imza atıb. Təmsilçilərimizdən Əlimurad Hacızadə 
2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində birnəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışlarda bütün rəqiblərini geridə qoyaraq Azərbaycan komandasına "Prezident Kuboku-2024” beynəlxalq reqatasının ilk qızıl medalını qazandırıb.

Akademik avarçəkmə növündə 2006-2007-ci il  təvəllüdlü idmançıların mübarizəsində isə 1500 metr məsafəyə yarışda təmsilçimiz Nurlan Paşayev yarışı ikinci tamamlayaraq gümüş medala layiq görülüb.

Günün son medalını isə komandamıza Vacib Babayev və Qiyas Əhmədov cütlüyü qazandırıb. Təmsilçilərimiz akademik avarçəkmə üzrə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə yürüşdə finiş xəttini üçüncü tamamlayaraq bürünc medal əldə ediblər.

Xatırladaq ki, mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak, kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək.

Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Reqataya möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13114
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8690
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6644
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4492
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4059
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3318
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2788
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332