AZ

Azərbaycan Universitetinə yüksək balla qəbul olunanlara bir sıra güzəştlər ediləcək VİDEO

Bakı, 21 iyul (AZƏRTAC). Azərbaycan Universitetinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanları vasitəsi ilə aparılır.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbə 630 və ondan yuxarı balla qəbul olunanlar təhsil ödənişindən azaddırlar. Yüksək balla qəbul olunanlar təhsil haqqı güzəştlərindən faydalanmaqla yanaşı, təqaüdlə də mükafatlandırılacaqlar.

Universitetin daxili təqaüd və təhsil haqqından güzəştlər proqramına əsasən bu ali təhsil müəssisəsinə yüksək balla qəbul olunanlar, həmçinin bir sıra güzəştlərdən də faydalana biləcəklər. Proqrama əsasən, universitetə yüksək balla qəbul olunanlar Azərbaycan Universitetinin rəsmi “Facebook” səhifəsində göstərilən təhsil haqqı güzəştləri ilə yanaşı, əlavə təqaüdlə də mükafatlandırılacaqlar.

Təqaüdlərin şərtləri ilə maraqlananlar səhifədən ətraflı məlumat əldə edə bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla