AZ

Beynəlxalq Şahmat Federasiyasının yaradılmasından düz 90 il keçir

Bakı, 21 iyul (AZƏRTAC). İyulun 20-də Dünya Şahmat Günü qeyd edilir.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1924-cü il iyulun 20-də, Yay Olimpiya Oyunları dövründə təsis edilib.

1966-cı ildə UNESCO hər il iyulun 20-sinin Dünya Şahmat Günü bayramı kimi qeyd olunması haqqında qərar qəbul edib. Beləliklə, bu il həmin bayram sayca 49-cu dəfə qeyd edilir. FİDE yaradılan vaxt 14 ölkəni əhatə edirdi. O vaxtdan bu təşkilat daim genişlənir. Hazırda FİDE 173 ölkəni əhatə edir.

Bu fikirlər Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovun FİDE-nin rəsmi saytında dərc olunmuş təbrik məktubunda vurğulanır. Federasiyanın rəhbəri yazır: “FİDE-nin əsas ideyası ondan ibarətdir ki, hər birimizin siyasi, milli, cinsi mənsubiyyətimizdən və yaşımızdan asılı olmayaraq, bizi şahmata qızğın həvəs birləşdirir”.

Şahmat oyununun adı farsca “şah” və “mat” sözlərindən yaranıb. Mənası “hökmdar öldü” deməkdir. Şahmatın vətəni Hindistan hesab edilir. Şahmatın sələfi olan “Şətrənc” oyunu V əsrdə Hindistanda yaranıb. Azərbaycanda şahmatın təqribən V-VI əsrlərdə yaranması güman edilir.

Şərq poeziyasının klassikləri, Xaqani və Nizaminin (XII-XIII əsrlər), habelə Füzulinin (XVI əsr) və başqa böyük mütəfəkkirlərin əsərlərində şahmatdan bəhs edilir. Böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1864-cü ildə yazdığı “Şətrənc oyunu” şeirində şahmat oyununun qaydalarını poetik dildə şərh edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla