AZ

Azərbaycan qrossmeysteri Miquel Naydorf xatirə turnirinin gümüş mükafatçısı olub

Bakı, 21 iyul (AZƏRTAC). Polşanın paytaxtı Varşavada şahmat üzrə Miquel Naydorf xatirə turniri başa çatıb. Turnirdə Azərbaycanı qrossmeyster Vasif Durarbəyli təmsil edib.

AZƏRTAC xəbər verir ki, xatirə turnirinin yekunlarına görə, yeddi iştirakçı, o cümlədən V.Durarbəyli 9 mümkün xaldan 7,5 xal toplayıb. Azərbaycan qrossmeysteri 84 iştirakçı arasında ikinci yerə çıxıb. Səkkiz şahmatçı yarım xal geri qalıb.

Birinci il deyildir ki, Naydorf Memorialının “A” turnirində güclü və sanballı heyət iştirak edir. Turnirə qatılan 32 iştirakçının, o cümlədən V.Durarbəylinin reytinqi 2500-dən yüksəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla