ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-nin Pekindəki səfiri Nikolas Börns açıqlama verib.
O bildirib ki, sözügedən şirkətlər müdafiə ilə bağlı kritik təchizatları Rusiyaya göndərdiklərinə görə sanksiyaya məruz qalıb:
“Çinə bu satışların dayandırılması ilə bağlı öncədən xəbərdarlıq edilmişdi. Lakin Çinin 31 şirkəti satışlarını dayandırmadı.
Qeyd edək ki, şirkətlər əsasən hərbi təyinatlı aerokosmik avadanlıqlar hazırlayır”,- deyə səfir vurğulayıb.
Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.