Qırğızıstanda pikap tədbir üçün toplaşan tələbələrin üstünə çıxıb.
Sitat.info xəbər verir ki, qəzada 29 nəfər xəsarət alıb.
Qırğızıstan Səhiyyə Nazirliyinin açıqlamasında 1-i müəllim, 17-si tələbə olmaqla 18 nəfərin xəstəxanaya yerləşdirildiyi, 11 şagirdə isə ambulator tibbi yardım göstərildiyi deyilib.
Uşaqların 9-16 yaşları arasında olduğu, xəsarət alan 3 uşağın vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd olunub ki, yük maşını dayanarkən qəfil hərəkət edib və içəridə sürücü olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.