AZ

Qırğızıstanda dondurma maşını uşaqların üstünə aşdı

Qırğızıstanda 1 May bayramı zamanı fövqəladə hadisə baş verib. Yük maşını sürətlə uçaraq açıq ərazidə çıxış edən uşaqların üzərinə düşüb.

 

Sfera.az bildirir ki, faciəvi hadisə Suzatski rayonunda baş verib. Kütləvi çıxış zamanı yüzlərlə uşaq növbəyə düzülüb. Onlar Qırğızıstanın nəhəng bayrağını uzadıb, rəqslə müşayiət ediblər. Bu zaman idarəetmədən çıxan avtomobil peyda olub və izdihamın arasına girərək, yoluna çıxan uşaqları yıxıb. Arxaları avtomobilə dönük halda oturduqlarından, həm də çox olduğundan uşaqlar qaça bilməyiblər.

 

Məlum olub ki, qəza zamanı yük maşınının içərisində sürücü olmayıb. Avtomobilin əl əyləcindən istifadə etmədiyi güman edilir, buna görə də sürət yığaraq təpədən aşağı yuvarlanıb.


Toqquşma nəticəsində 29 uşaq xəsarət alıb. Onlardan 18-i xəstəxanaya yerləşdirilib, 7-si ağır vəziyyətdə reanimasiyadadır.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla