Braziliyada güclü yağışlar daşqınlara səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, daşqınlarda indiyədək 10 nəfər həyatını itirib, 21-i isə itkin düşüb.
Bundan əlavə, 1400 nəfər su basması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bölgəyə dəstək qüvvələri göndərilib, itkin şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.
Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.