AZ

Beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər ediblərVİDEO

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - "Vaga Club"un 30 nəfərlik heyəti işğaldan azad edilmiş Füzuldə  Beynəlxalq Hava Limanında olublar.

Xezerxeber.az-ın məlumatına görə, qonaqlar daha sonra Füzuli şəhərinə gəliblər.

Onlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Həmçinin şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Səyyahlar öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə də  tanış olublar.

"Vaga Club"un  heyəti  Şuşada da olub. Şəhərlə tanışlıq çərçivəsində qonaqlar əvvəlcə Xurşid Banu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara ətraflı məlumat verilib. Sonra qonaqlar Şuşanın digər ərazilərini də gəziblər.

Səfər çərçivəsində səyyahlar Ağdamda da olublar. Xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Heyət ilk olaraq Ağdam Cümə məscidində olub.

Qeyd edək ki, qrupa "Vaga Club”unun rəhbəri, dünya səyyah 35 yaşlı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22871
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13149
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8705
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5127
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4498
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4060
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3371
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332