AZ

Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı nazirliyin 2 əməkdaşı həbs olundu

Bakı. Trend:

Ermənistanda Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib.

Trend erməni KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsiməlumat yayıb.

Məlumata görə, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilənəticələnən hərbi yük maşınının qəzaya uğraması işi çərçivəsindəhəbs edilib.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cühissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarıqaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) ilə ittiham olunublar. Bu maddə üzrə maksimum cəza 8il müddətinə azadlıqdan məhrumetmədir.

Qeyd edək ki, aprelin 12-də Ermənistan Ordusunun hərbçiləri yolqəzasına düşüb. Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydəalınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolunhərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb,yaralılar var.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla