AZ

Dövlət qurumu Qarabağda işləmək üçün işçi axtarır - VAKANSİYA

Dövlət qurumu

Keyfiyyətə nəzarət və iş həcmlərinin qəbulu şöbəsinin rəhbəri

Son tarix 30 may 2024 - [email protected]

İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı

Vəzifə funksiyaları:

  • Əsaslı tikinti, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar müqavilələrin bağlanılmasında və yerinə yetirilmiş iş həcminin qəbulunda iştirak etmək;
  • Qurumun sifarişi əsasında tikilən obyektlərdə görülmüş işlərin gedişi barədə lazımi şöbələrin məlumatlı olmasını təmin etmək;
  • Qurumun sifarişi əsasında tikiləcək obyektlərin keyfiyyətli inşasına və vaxtında tikilib istismara verilməsinə, İş həcmlərinin qəbuluna və Tikinti normaları qaydalarına uyğun olan şənədləşmə işlərinə nəzarət etmək və bu barədə mütəmadi olaraq rəhbərliyə məlumat vermək;
  • İnşaat-bərpa, yenidənqurma və yenidən planlaşdırma işləri başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak etmək;
  • Qurum üzrə daxil olmuş layihələrə baxmaq, onları təhlil etmək, ekspertizasını keçirmək;
  • Podratçı təşkilatların investisiya sahəsindəki fəaliyyətinin əlaqələndirməsi üçün tədbirlər görmək;
  • Şöbənin iş planını və fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali təhsil ( Tikinti, memarlıq, mühəndislik və ya inşaat sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi; Rəhbər vəzifədə: 5 il
  • PMİ (PMP), Prince 2 və layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar arzuolunandır;
  • Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri, tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını bilmək;
  • Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını bilmək;
  • MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.), AutoCAD üzrə biliklər; .
  • Liderlik və İdarəetmə qabiliyyəti;
  • Təşəbbüskarlıq;

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 29 May 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Keyfiyyətə nəzarət və iş həcmlərinin qəbulu şöbəsinin rəhbəri” qeyd etməklə e-mail adresinə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla