AZ

Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edirVİDEO

Ucar rayonunda yerləşən pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir.

Xezerxeber.az-ın məlumatına görə, “Azərpambıq” MMC-nin Ucar filialının fəaliyəti dövründə emal zamanı atmosferə buraxılan tozlu hava  ətrafda yaşayan sakinlərin evlərinə dolur.

Sakinlər bildirirlər ki, bununla bağlı dəfələrlə həmin zavodda olublar və iradlarını bildiriblər. Lakin vəziyyət dəyişməyib.  

Məsələ ilə bağlı “Azərpambıq” MMC-nin Ucar filialınından “Xəzər Xəbər”ə bildirlər ki, zavod 1924-cü ildə inşa olunub. Həmin illərdə ətraf ərazilərdə yaşayış olmayıb. Sonra həmin ərazilərdə sakinlər məskunlaşıb. Artıq sakinlərin narahatlığının qarşısını almaq məqsədi ilə zavodda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

O da qeyd olundu ki, yaxın vaxtlarda problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla