Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə etirazçılar Rustaveli prospektini bağlayıblar.
Azpost.info xəbər verir ki, parlament binasının yaxınlığında siyasi çıxışlar üçün səhnə qurulub.
Etirazların daha bir episentri Rustaveli prospektindən bir neçə kilometr aralıda yerləşən “Qəhrəmanlar” meydanıdır. Polis icazə verməsə də, onlar meydanın qarşısını kəsiblər.
Azpost.info