AZ

Avropanın müstəmləkəçiliyə susqunluğu insan haqlarını sarsıdır

Image

Birmənalı həqiqətdir ki, günümüzdə hələ də davam edən müstəmləkəçilik siyasəti insanların hüquqlarına mənfi təsir etməklə yanaşı, müxtəlif xalqların mədəni irsinin sıxışdırılmasına gətirib çıxarır. 

Bundan başqa, etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik, münaqişələr, sosial və iqtisadi problemlər, əsassız həbslər, təhlükəsizlik, miqrasiya, sərhədlər, milli resurs və mülkiyyət, insan hüquqları və ədalət, vətəndaşlıq kimi məsələlər də müstəmləkəçilik siyasəti ilə bağlı olaraq ciddi problem kimi özünü göstərir. 

Təəssüf ki, müstəmləkəçilik siyasətini davam etdirənlər sırasında bəzi Qərb ölkələri öndə gəlir. Fransa buna ən yaxşı misaldır. Xatırladaq ki, Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib, əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib.  Fransa Əlcəzairdə  soyqırımı həyata keçirib. Bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Bəşər tarixinin ən böyük faciələrindən  biri sayılan və 800 min insanın həyatına son qoyan 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxıb. Fransa hələ də xeyli sayda müstəmləkəyə sahibdir. Ümumilikdə, Fransanın nəzarət etdiyi 13 müstəmləkə ərazinin sahəsi 559 655 kvadratkilometr, əhalisi isə 2 milyon 750 min nəfərdir. Halbuki, İkinci Dünya müharibəsinin başa çat­ması, bundan az sonra BMT-nin yaradıl­ması dünyada dekolonizasiya prosesinin başlanmasına səbəb olub. Proses zama­nı, demək olar ki, bütün keçmiş müstəm­ləkəçi dövlətlər öz müstəmləkələrindən imtina etməyə, onlara azadlıq verməyə və suveren hüquqlarını tanımağa məcbur olublar. Buna baxmayaraq, Fransa hələ də müstəmləkələrini əlindən buraxmaq istəmir.  Fransa bu gün də həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırır. Müstəmləkə ərazilərin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Bütün bunlara Avropanın özündə də göz yumulur. Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı prezident İlham Əliyev bu məsələyə geniş rakursda toxunub. Dövlət başçısı xatırladıb ki, ölkəmiz bu kimi məsələləri Qoşulmama Hərəkatının sədri kimi hər zaman diqqət mərkəzinə gətirib: “Bu, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizədir. Artıq söylədiyim kimi, həmin Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?”.

Məhz belə susqunluqdan irəli gəlir ki, Fransa yeni müstəmləkəçilik siyasəti aparır. Bunun ifşa olunmasında Bakı Təşəbbüs Qrupu mühüm rol oynayır. Xatırlada qki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. O, XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Bununla Azərbaycan daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halları qınayır, bunu yolverilməz hesab edir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildəndir.  Bunlar Fransanı artıq narahat edir. Hətt aiş o yerə çatıb ki,  Fransanın daxili işlər naziri Jerar Darmanin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycana qarşı iddialar  səsləndirir. Lakin Xarici İşlər Nazirliyi bildirir ki, ölkəmiz Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edir: “Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib... Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır. Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir. Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13060
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8685
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6902
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5122
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4451
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3756
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3255
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2783
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332