AZ

Səudiyyə Ərəbistanına birbaşa uçuşlar həyata keçiriləcək



Gələn aydan etibarən Türkiyənin Trabzon şəhərindən Səudiyyə Ərəbistanına birbaşa uçuşlar həyata keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir bildirib ki, birbaşa uçuşlar Ciddə və Ər-Riyad şəhərlərinə həyata keçiriləcək. İlkin mərhələdə uçuşlar həftədə həftədə 5 dəfə baş tutacaq.

Türkiyəli nazir oxşar uçuşların Birləşmiş Ərəb Əmirliklərinə də olacağını deyib. Bildirib ki, bununla bağlı təklif alınıb və hazırda həmin təklif dəyərləndirilir.

Mehman Mehdiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla