AZ

Qəhraman qadınlarımız: Şerife Feriha Sanerk

Mert çox darıxmış idi. Müəllimi ona qadınların nələr etdiyini və edə biləcəyini öyrənmәsi üçün Şerife Feriha Sanerk adlı öncül qadını araşdırmağı və sinifə onun haqqında məlumat verməyi tabşırmışdı.

"Mən boş yerə başımı bəlaya saldım" dedi Mert. Amma edəcək bir şey yox idi. Müəllimin verdiyi tabşırığı yerinə yetirməli idi.

"Görək bu Feriha Sanerk kimdir" dedi könülsüz şәkildә.

Şerife Feriha Sanerk 1923-cü ildə İzmirdə anadan olub. Cümhuriyyətin qurulması ilə türk qadınlarına yeni hüquqlar verilsə də, hər sahədə kişilərin çoxluq təşkil etdiyi bir dövr idi. Qadınların bir işçi olaraq müxtəlif peşələrdəki aktiv rolları günü-gündən artsa da, Sanerk belə bir zamanda adını tarixə qızıl hərflər yazdırmağı bacardı.

1945-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinə daxil olan Feriha Sanerk məktəbin yeganə qız tələbəsi idi. Sanerk 1951-ci ildə icra hakimi kursunu müvvәffәqiyyәtlә başa vursa da, təyin olunmayıb. Səbəb isə qadın olması idi.

Daha sonra Polis İdarəsinə müraciət edərək “komisar köməkçisi” vəzifəsinə təyin olunub.

1953-cü ildə polis rəisi rütbəsinə yüksəlsə də, qadın olduğu üçün təyin olunmayıb. Cinsiyyətinə görə bir daha rədd edilsə də, Sanerk vaz keçməyib. O, məhkəməyə verərək həmin il bu vəzifəyə təyin olunub.

Bununla da o, Türkiyənin ilk qadın polis rəisi kimi tarixə düşüb. 1974-cü ildə təqaüdə çıxsa da, uzun illər polis məktəblərində dərs deyib. O, 2010-cu ildə dünyasını dəyişib.

Sanerkdən sonra iki qızından biri Nurdan Canca da anasının yolunu davam etdirərək Türkiyənin ikinci qadın polis rәisi olub. O, həm də ilk qadın cüdo hakimi olub.

Bu məlumatlar Mərti çox təcübləndirdi. O, özünü Şerife Feriha Sanerkin yerinə qoymağa çalışdı. ''Universitetə ​​daxil olacaqsan və sinif yoldaşlarının hamısı əks cinsdən olacaq, kursa gedib imtahandan keçəcəksən, amma təyin olunmayacaqsan və bütün bunların səbəbi qadın olman olacaq. Bu böyük ədalətsizlikdir. Nə yaxşı ki, Sanerk təslim olmayıb və mübarizə aparmağa davam edib'' dedi Mərt.

Mərt müəllimin ona niyə bu tapşırığı verdiyini və səhvini anladı.

İndi Türkiyənin ilk qadın polis rəisi  Sanerki bütün sinif yoldaşlarına tanıtmağın vaxtı idi.

Hekayəmizi bütün çətinliklərə baxmayaraq təslim olmadan mübarizə aparan hər kəsə və Türkiyənin ilk qadın polis rəisi Şerife Feriha Sanerkə həsr etmək istərdik.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla