AZ

“Dedi ki, manyaksan, niyə səninlə evlənim?”

Türk müğənni Doğuş Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlamalar verib.

OLAY yazır ki, o, Armağan Çağlayanın “Şimdiki aklım olsaydı” verilişində danışıb. Doğuş əvvəlcə tanışlıqlarından söz açıb:

“Məni verilişə dəvət etmişdilər. Mən də bir sığınacağın bank hesabını göndərmişdim ki, ora pul göndərsəniz, gələrəm. Onlar da göndərdilər getdim. Proqramdan əvvəl xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdük. Orada uşaqlara ana kimi qayğısı çox səmimi gəlmişdi. Səhəri gün verilişə çıxdım, efirdən sonra dedim ki, mənimlə evlən. Dedi ki, sən manyaksan, niyə səninlə evlənim? Evlilik belə o dəqiqə olurmu? Dedim, niyə olmasın? Bundan sonra biz 6 ay sadəcə mesajlaşdıq. Normal danışırdıq, hal-əhval tuturduq. Sonra məni konsert verməyə dəvət etdi. 

Qəbul etdim. Amma mənim konsertimdən 1 gün əvvəl Azərbaycanın şəhidi oldu. Dedim, mən konsert verə bilmərəm, şəhidimiz var. Fərqi nədir ki, Azərbaycan ya Türkiyə. Şəhid olub, necə oxuyaq, oynayaq? Xoşqədəm xanım gəldi, dedi ki, bəs, məşq etmirsiniz, axşam konsert var? Dedim, sən harada yaşayırsan? Nə konsert, xəbərləri izləmirsən? Konsert verə bilmərik. O an ağlayıb, məni qucaqladı. Çox milliyətçi, Vətənini sevən insandır. Müharibə müxbiri kimi çalışıb. Soruşdu ki, evlənmə təklifin hələ də keçərlidir? Dedim, keçərlidir. Dedilər, 3 ay sonra bunlar boşanar. Sonra 6 ay, 1 il olmaz, 2 ilə dəqiqdir boşanacaqlar. 2 oğlum oldu. Məni idarə etməyi bildi, sağolsun. Çünki çətin adamam. Ailədə yaşamamış biri nə qədər ailəyə bağlı ola bilər ki? Məni bu mövzuda düzəltdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17344
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12466
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9951
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4118
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3694
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2577
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2206
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2097
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1562
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777