AZ

Polis Mingəçevirdə şagirdlərlə maarifləndirici görüş keçirdi

Mingəçevirdə məktəblilərə “ağ ölüm”ün fəsadlarından danışılıb.


Avtosfer.az xəbər verir ki, narkomaniyaya qarşı mübarizədə təbliğat işlərini daha da gücləndirmək məqsədilə Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə şagirdlərlə növbəti görüş keçirilib. 


ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev görüşdə çıxış edərək narkotik vasitələrin insan həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən, sağlam gənc nəslin yetişməsindəki mənfi təsirlərindən danışıb. 


Həmçinin, çıxış edən digər qonaqlar da şagirdlərə tövsiyələr verərək hər zaman sağlam həyat tərzi sürmələrini və heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini onların diqqətinə çatıdırıblar.

 

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla