AZ

İqlim maliyyələşdirməsi əlçatan olmalıdır - Samir Şərifov

Tbilisi. Trend:

İqlim maliyyələşdirməsi əlçatan olmalıdır.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziriSamir Şərifov Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmizəlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panelmüzakirəsində çıxışında deyib.

"Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək ölkədir. Bu, iqlimtədbirləri üzrə səyləri səfərbər etməyin vacibliyini göstərir. Bu,bütün dünyada həyata keçirilən səylər üçün çox vacibdir. KonfransBakıda olacaq və maliyyə məsələlərinə fokuslanacaq", - deyə nazirbildirib.

S.Şərifov qeyd edib ki, Paris Sazişini imzalayan bütün ölkələrnəticələrin əldə edilməsinin əhəmiyyətinə dair ümumi anlayışamalikdir.

"Qoyulan hədəflərə çatmaq üçün hərəkət etməliyik və maliyyəvəsaitinə ehtiyacımız var. Qlobal maliyyələşdirmə haqqındadüşünməli və bu istiqamətdə tərəfdaşların səyləriniəlaqələndirməliyik. Bu maliyyəlləşdirmə qiymət baxımından əlçatanolmalıdır. Maliyyə resursları əlçatan olmalıdır. Biz bu vəsaitlərinyenidən bölüşdürülməsindən, onları iqlim layihələrinə yönəltməkdənbəhs edirik. Beynəlxalq inkişaf bankları bu prosesdə böyük roloynayır. Lakin iri səhmdarların dəstəyi olmadan bu mümkünolmayacaq", - nazir deyib.

O, maliyyələşdirmənin dəyərinin çox yüksək olduğunu qeydedib.

"İqlim maliyyələşdirməsi üçün borc götürmək üçün heç bir stimulgörmürük", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla