AZ

AİB iqlim maliyyələşdirməsinin zirvəsinə çatıb - AİB müşaviri

Tbilisi. Trend:

AİB iqlim maliyyələşdirməsinin zirvəsinə çatıb.

Trend xəbərverir ki, bu barədə AİB-in İqlim Dəyişikliyi üzrə Xüsusi başmüşaviri Uorren Evans Tbilisidə keçirilən "Mərkəzi Asiya Regionalİqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdəndaha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi"mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Ötən ildən iqlim maliyyələşdirilməsinə çoxlu vəsait yönəldilib.Qarşıdakı illərdə də bu göstəricini eyni səviyyədə saxlamaqniyyətindəyik", - o deyib.

O, maliyyələşdirmə üçün lazımi layihələri tapmağın çətinolduğunu qeyd edib.

"Ölkələr və AİB daxilində böyük irəliləyişin əldə olunduğu birçox yeni təşəbbüslər var. Problem ondadır ki, maliyyənin böyükhissəsi güzəştli deyil. Paralel maliyyələşdirmə yollarını tapmaqvacibdir.

Biz bütün layihələrə iqlim nöqteyi-nəzərindən baxırıq.Layihələrimizə iqlim elementlərinin daxil olması üçün analitik işgörürük", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla