AZ

AİB iqlim maliyyələşdirməsinin zirvəsinə çatıb - AİB müşaviri

AİB iqlim maliyyələşdirməsinin zirvəsinə çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə AİB-in İqlim Dəyişikliyi üzrə Xüsusi baş müşaviri Uorren Evans Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Ötən ildən iqlim maliyyələşdirilməsinə çoxlu vəsait yönəldilib. Qarşıdakı illərdə də bu göstəricini eyni səviyyədə saxlamaq niyyətindəyik", - o deyib.

O, maliyyələşdirmə üçün lazımi layihələri tapmağın çətin olduğunu qeyd edib.

"Ölkələr və AİB daxilində böyük irəliləyişin əldə olunduğu bir çox yeni təşəbbüslər var. Problem ondadır ki, maliyyənin böyük hissəsi güzəştli deyil. Paralel maliyyələşdirmə yollarını tapmaq vacibdir.

Biz bütün layihələrə iqlim nöqteyi-nəzərindən baxırıq. Layihələrimizə iqlim elementlərinin daxil olması üçün analitik iş görürük", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
olaylar.az

2Mənbələr