AZ

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Nur

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan gözəl ölkədir. Sizin uzaqgörən Lideriniz var. O, bu tədbiri 2008-ci ildən təşkil edir və düşünürəm ki, bu Forum da çox yüksək səviyyədə təşkil olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun malayziyalı iştirakçısı Nur Jazlan Bin Məhəmməd deyib.

Müsahib qeyd edib ki, Foruma maraq böyükdür. “Burada çoxsaylı iştirakçılar var. Budəfəki tədbirə 100-dən çox ölkədən iştirakçılar qatılıb. Mən də Forumun qarşısına qoyduğu məqsədlərə çatması, Azərbaycanın mütərəqqi və bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri tamamilə dəstəkləyirəm”, - deyən qonaq cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəstək olduqlarını deyib. O, Malayziyanın Baş nazirinin COP29-a dəvət edildiyini diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
azertag.az

1Mənbələr