AZ

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

Küveytin

Bakı, 2 may, AZƏRTAC

Mən ikinci dəfədir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm. Azərbaycan Prezidentinin də çıxışında dediyi kimi, bu, gözəl platformadır və uzun illərdir davam edir. Azərbaycan sülhə, mədəniyyətlərarası dialoqa inanır. Tədbir yüksək səviyyədə təşkil edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Küveytin UNESCO-dakı səfiri Adam əl-Mulla söyləyib.

O qeyd edib ki, bu tədbir ötən dəfəkindən fərqli və daha maraqlı mövzuları əhatə edir. “Bu dəfə çox fərqli mövzuları dinlədik. Xüsusilə iqlim dəyişikliyi, mədəni irsin qorunması, sülh və fərqli mədəniyyətləri qəbul etmək məsələləri. Bu Forum 100-dən çox ölkədən iştirakçının qatıldığı böyük bir platformadır. Həmçinin təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Forum çox gözəl təşkil edilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla