AZ

Azərbaycan bu baxımdan dünyanın örnək sayılacaq azsaylı ölkələrindən biridir...-Oqtay Qasımov- ÖZƏL

"Azərbaycan tarixən müxtəlif xalqların və etnik qrupların yaşadığı bir ölkə kimi mövcud olub və bu gün də həmin ənənələr davam etməkdədir. Azərbaycan dünyanın tolerantlıq baxımından ən sabit ölkəsidir. Burada müxtəlif dini təmsilçiləri və konfessiyalar dinc yanaşı yaşamaqdadırlar və bu tolerantlıq Azərbaycanda dövlət siyasətidir və Azərbaycan cəmiyyəti də əslində dünyanın bir çox ölkələrindən fərqli olaraq, cəmiyyətlərindən fərqli olaraq çox tolerant bir ölkədir". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Burada qeyd etdiyimiz kimi, həm müxtəlif etnik qruplar, xalqlar, müxtəlif dini konfessiyaların nümayəndəsi çox rahat şəkildə dinc yanaşı yaşamaqdadır. Heç təsadüfi deyil ki, artıq neçə illərdir ölkəmizdə məhz bu istiqamətdə müxtəlif beynəlxalq tədbirlər keçirilir və bunun növbəti tədbir dünən start götürdü. Dünyanın 110 ölkəsini təmsil edən din xadimləri bu tədbirdə iştirak etdilər və hər biri də Azərbaycanda mövcud olan bu mühiti alqışlayır, heyrətlərini gizlətmirlər. Yəni Azərbaycan bu baxımdan bir daha qeyd edirəm, dünyanın örnək sayılacaq azsaylı ölkələrindən biridir.
Və nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli azlıqların və etnik qrupların hüquqları ilə bağlı dövlət siyasətini həyata keçirən və bununla bağlı Prezident fərmanı olan bir ölkədir. O zamandan bəri bütün rəsmi tədbirlərdə dövlət qəbullarında Azərbaycanda mövcud olan üç dinin təmsilçiləri- müsəlmançılıq, xristianlıq və yəhudiliyin təmsilçiləri, dini rəhbərləri də hər zaman birgə tədbirlərdə iştirak edib və bu bir formada həm də dövlət protokolu halına gəlib deyə bilərik. Yəni bütün bunlar onun göstəricisi sayıla bilir ki, Azərbaycanda bütün milli azlıqlar, dini təmsilçiləri rahat şəkildə yaşaya bilirlər, özlərinin öz ibadətlərini həyata keçirə bilirlər və kimsə, nə dövlət orqanları, nə cəmiyyət  onların həyat tərzinə müdaxilə etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla