AZ

Elektromobildə cərəyanvurma riski - Yağışlı havada elektrik doldurmaq olar?

Dünyada olduğu kimi Azərbaycanda da elektromobillər kütləviləşir. Bu kütləviləşmə ilə paralel olaraq əfsanələr və yalan xəbərlər də çoxalır. Bunlardan biri də elektromobildə cərəyanvurma məsələsidir. 

Avtosfer.az xəbər verir ki, bir çox adam yağışlı havada elektromobilə minməyə çəkinir. Axı necə də olsa ayaq altında 400 voltluq ağır batareya yerləşir. Yağışlı havada batareyanı doldurmağa ehtiyat edənlər də çoxdur. 
Amma hər 2 yanaşma əsassızdır. İndiyədək elektromobildə cərəyanvurmaya çox nadir hallarda rast gəlinib. Səbəb də dəqiqdir:
Elektromobil akkumulyatorları və əsas kabellər qapalı, izolyasiyalı şəraitdə yerləşdirilir. Beynəlxalq standartların tələbinə görə, batareya və kabellər elə dizayn edilməlidir ki, qəza və subasma zamanı cərəyanvurma baş verməsin. Eyni tələb doldurma kabellərinə də aiddir. Kiminsə yağışlı havada elektromobili şəbəkəyə qoşması heç bir risk yaratmır. Doldurma stansiyaları da ölkədən asılı olmayaraq açıq havada inşa edilir. 
Amma yuxarıda qeyd etdiyimiz kimi elektromobildən kimisə cərəyan vura bilər. Bunun da yeganə səbəbi doldurma kabellərinin zədələnməsidir. Doğrudur, bu kabellər keyfiyyətli (bəzən zirehli olur) hazırlansa da, uzunmüddətli səliqəsiz istifadə (əsasən sürtünmə) nəticəsində izolyasiya qatı korlana bilir. Suya düşmüş kabel də risk yaradır. Bunun da təqsirkarı istehsalçı deyil, istehlakçıdır. Səliqəsiz istifadəçinin qarşısında bütün istehsalçılar acizdir.

Vüqar Yaşaroğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla