AZ

Bu qanun Gürcüstan höküməti tərəfindən ləğv edilə bilər-Zeynal Əmrəliyev- ÖZƏL

"Baş verənlər bir daha Qərbin digər dövlətlərə qarşı ikili yanaşmasını göstərir. Qərb özü bu məsələdə öz qanununu tənzimləyir, xaricdən maliyyələşməni qadağan edir. Amma məsələ digər ölkələrə gəldikdə, bu məsələni öz xeyrinə həll etməyə çalışır burda əsasən təxribatçı təşkilatlar fəaliyyət göstərir və həmin təxribatçı təşkilatları maliyyələşdirən də məhz Qərbin özüdür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Bu qanun daha çox Qərbdən maliyyələşən təşkilatlara qarşı yönəlib. Konkret olaraq Gürcüstanda xeyli sayda Qərbdən maliyyələşən təşkilatlar var. Bu mənada tələbə təşkilatlarını qeyd etmək istəyirəm. Gürcüstanda ali məktəblərdə Qərbdən maliyyələşən tələbə təşkilatları müxtəlif siyasi iclaslar, tədbirlər keçirirlər, simulyasiyalar təşkil edirlər. Gənclərin, xüsusilə də tələbələrin siyasiləşməsinə şərait yaradırlar. Qərb də hal-hazırda Gürcüstanı bu məsələ ilə bağlı ittiham edir. Gürcüstanda, Tiflisdə keçirilən mitinqlərə diqqət yetirsək, burda aparıcı qüvvə əsasən gənclərdir. Belə bir anda Qərbin özünün də bu haqda qanun qəbul etməsi, əslində Gürcüstan hökümətinin, Rusiyanın əlini daha da gücləndirir. Yəni bu, onlara xidmət edir. Mitinqlərdə aktiv rol oynayan tələbələr və gənclər, hansı ki o təşkilatın nümayəndələridirlər, onlar maliyyələrinin kəsilməsindən ehtiyat edirlər. Mənim üçün maraqlı olan məsələ Gürcüstanın seçkilər ərəfəsində belə məsələni niyə qabartmasıdır. Bu əslində müzakirə olunması mühim məsələdir. Görünür ki, hökümət bu qədər etirazların baş verəcəyini hesablamamışdı. İndi bunları müşahidə edir. Əgər məsələ öz həllini tapmasa, düşünürəm ki, gələcəkdə bu, Gürcüstanda hökümət dəyişikliyinə belə gətirib çıxara bilər. Bu hadisələrin fonunu izləmək lazımdır. Hazırda Prezident Salome Zurabişvili ilə hökümət arasında çox kəskin münasibətlər var. Xüsusilə də bu fonda məsələləri bir qədər gözləmək lazımdır ki, axırı necə olacaq. Amma düşünürəm ki, Gürcüstanda Parlament seçkiləri ehtimal ki, payıza qalmayacaq. Hökümət güvən oyu almaq üçün növbədənkənar seçkilərə getməli olacaq. Hətta bu qanunun Gürcüstan höküməti tərəfindən ləğv ediləcəyini belə düşünürəm. Məncə, hökümət sonda geri addım atacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla