Beynəlxalq Əmək Təşkilatı ölkələrdə həftəlik iş saatları ilə bağlı hesabat hazırlayıb.
Bu barədə İqtisadiyyat.az hesabata istinadən xəbər verir.
Araşdırmaya görə, ən uzun iş saatlarına sahib olan ölkələr bunlardır:
- BƏƏ
Həftəlik ən uzun iş saatına malik ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Bu ölkədə işçilər həftədə 50,9 saat çalışırlar.
- Çin
Siyahıda ikinci yeri Çin tutub. Çində işçilər həftədə 46,1 saat işləyirlər.
- Hindistan
Hindistan 46,7 saatla siyahıda üçüncüdür.
- Türkiyə
Türkiyə siyahıda dördüncüdür. Ölkədə işçilər həftədə 43,3 saat çalışırlar.
- Yunanıstan
Yunanıstanda işçilər orta hesabla 39,7 saat çalışırlar.
- Almaniya
Almaniyada işçilərin həftədə 34,7 saat çalışırlar.
- ABŞ
ABŞ-də işçilərin həftəlik iş saatı 38 saat təşkil edir.
- Hollandiya
Hollandiya işçilər orta hesabla 31,6 saat işləyirlər.
Gözəl Həşimova