AZ

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var

İcraçı

Bakı, 2 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə təbii ki, Fransa tərəfindən müəyyən reaksiyalar var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mayın 2-də keçirilən mətbuat konfransında deyib.

“Biz müəyyən reaksiyaları müşahidə edirik. Yeni Kaledoniya ilə münasibətlərimiz və ona dəstəyimiz hər hansı siyasi amillə bağlıdır. Birincisi, bu, vurğuladığım kimi, Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə müstəmləkəçilik siyasətindən zərər çəkən bütün regionlara göstərilən dəstəyin davamıdır. Bu dəstək Bakı Təşəbbüs Qrupu tərəfindən davam etdirilir. Təbii ki, biz fəaliyyətimizi və ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bütün addımlarımızı beynəlxalq hüquq əsasında həyata keçirmişik. Ona görə də fransalı dövlət rəsmisinin bununla bağlı səsləndirdiyi fikirlərlə razı deyiləm”, - deyə A.Abbasov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla