AZ

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

Afrika

Bakı, 2 may, AZƏRTAC

İqlim dəyişmələri dünya irsinə olan ən böyük təhlükələrdən biridir. Bu gün Afrikada yerləşən məkanlar təhlükədədir. Afrika qitəsində UNESCO-nun irs siyahısına daxil olan təxminən iki minə yaxın obyekt var. Onlardan təqribən 6 faizi təhlükə altındadır. Siyahıda olan Afrika abidələrinin 7 faizinə iqlim dəyişiklikləri birbaşa təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Albino Jopela "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı 4-cü plenar sessiyada çıxışı zamanı deyib.

"Mədəni irs obyektlərinin idarə edilməsi ilə bağlı müxtəlif strategiyalara ehtiyac var. Afrika Ümumdünya İrs Fondu könüllü şəkildə ianələrdən asılıdır - fərdlər, təşkilatlar dövlətlər və özəl sektor. Azərbaycan Hökumətinə həm bizi bu tədbirə dəvət etdiyinə, həm də Afrika Ümumdünya İrs Fonduna maliyyə dəstəyi göstərdiyinə görə minnətdaram. Bu baxımdan tərəfdaşlığımız bizə qürur hissi yaşadır", - deyə Albino Jopela bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla