AZ

Türkiyə və Qambiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qambiya Prezidenti Adama Barrou ilə telefon əlaqəsi saxlayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Qambiya münasibətləri, İsrailin Fələstinə hücumları və Qambiyada keçiriləcək 15-ci İslam Əməkdaşlıq Təşkilatının sammiti müzakirə edilib.
Prezident Ərdoğan söhbət zamanı İsrailin Qəzzaya hücumlarının dayandırılması və Birləşmiş Millətlər Təşkilatının qərarlarına əməl olunmasının təmin edilməsi üçün İslam dünyasının birlik içində hərəkət etməsinin vacib olduğunu bildirib.
İslam Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində aparılacaq danışıqların və qəbul ediləcək qərarların faydalı olacağına dair arzularını Barrouya çatdıran Ərdoğan Türkiyəni sammitdə xarici işlər naziri Hakan Fidanın təmsil edəcəyini qeyd edib.
Görüş zamanı həmçinin Türkiyə ilə Qambiya arasındakı münasibətlərin inkişaf etdirilməsi üçün qarşıdakı dövrdə atılacaq addımlar da müzakirə edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla