AZ

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Mayın 2-də “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən alternativ məktəbəqədər sinfə mediatur təşkil olunub. 
 

AzEdu.az xəbər verir ki,mediaturda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. 
 

Mediatur iştirakçılarına məlumat verilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsildən kənarda qalan uşaqların cəlb edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi həyata keçirilir. Belə ki, 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəbəqədər sinif ölkəmizdə ilk dəfə olaraq həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində yaradılıb. Sözügedən sinifdə 20 uşaq məktəbəqədər təhsilə cəlb olunub. 
 

Mediatur çərçivəsində iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. 
 

Qeyd edək ki, proqram üzrə 16 layihə qalib olub. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22876
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13160
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8706
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5131
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4503
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4061
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3380
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332