Avstriya Futbol Federasiyası baş məşqçi ilə bağlı yeni qərarını verib.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, Federasiya baş məşqçiRalf Rangnikin AVRO-2024-dən sonra da komandanın başında qalacağını açıqlayıb.
Ranqnik bu qərara görə, Federasiya rəhbərliyinə təşəkkür edib: "Mən bu vəzifədən çox zövq alıram və yolumuzda uğurla davam etmək əzmindəyəm. AVRO-24-də isə nə qədər qədər irəli getmək mümkünsə, gedəcəyik. Hədəfmiz çempionluqdur".